Rusiya ordusunun Aleksandr Nevski adına briqadasında yerüstü robototexniki komplekslərdən ibarət xüsusi rota fəaliyyətə başlayıb. 


“ARHD.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni rota təchizat və döyüş tapşırıqlarında istifadə olunacaq. 


Rota “Çеlnok”, “Omiç‑2” və “Kuryer” adlanan üç tip yerüstü robot komplekslərindən ibarətdir. Həm təkər, həm də tırtıl sisteminə malik bu komplekslər silah daşımaq qabiliyyətinə malikdir. “Kuryer” modelləri ağır kalibrli pulemyot və avtomatik qumbaratanla təchiz olunub.


30‑dan çox marşrut üzrə istifadə olunan komplekslərin son altı ay ərzində artıq 350‑dən çox reys həyata keçirdiyi və 120 tondan çox yük daşıdığı bildirilir. Məlumata görə, onlardan istifadə yükdaşıma vaxtını təxminən 80% azaltmağa imkan verir.

Baxış sayı: 3 159

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə