"İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu yaxınlarda Rusiya prezidenti ilə görüşüb və zənginləşdirilmiş uranın Moskvaya daşınması ehtimalı ilə bağlı ali lider Əli Xameneinin mesajını Vladimir Putinə çatdırıb".
ARHD.AZ xəbər verir ki, bunu "The New York Times" qəzeti özəl mənbələrinə istinadən yazıb.
Qeyd edilir ki, zənginləşdirilmiş yanacağın ötürülməsi 2015-ci il müqaviləsində nəzərdə tutulub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrə bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur, ölkəsi bütün maraqlı tərəflərlə müzakirələri və əlaqələrini davam etdirir.
Daha əvvəl "The New York Times" nəşri İranın ABŞ ilə razılığa gəlmək və regiondakı gərginliyi azaltmaq üçün nüvə proqramını məhdudlaşdırmağa və ya dayandırmağa hazır olduğunu yazıb.






















