ABŞ Prezidenti Donald Tramp Kubadan gələn milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb.


Bildirilib ki, Kuba hökumətinin yürütdüyü siyasət və fəaliyyətlər birbaşa olaraq ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradır. Qanuna əsasən, bu, Trampa Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya başqa şəkildə tədarük edən xarici ölkələrdən idxal edilən mallara əlavə rüsum tətbiq etmək səlahiyyəti verir.


Qeyd edək ki, belə bir rejimin rəsmi olaraq tətbiq edilməsi ABŞ-də standart prosedurdur. Tramp özünün ikinci prezidentlik müddəti ərzində gömrük rüsumlarının tətbiqi də daxil olmaqla, müxtəlif iqtisadi tədbirlərin qəbul edilməsi üçün azı 10 dəfə bu addımı atıb. ABŞ-də müntəzəm olaraq uzadılan onlarla belə rejim qüvvədədir.

Baxış sayı: 2 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə