Rusiya və Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması barədə razılıq əldə olunub.


“ARHD.AZ” xəbər verir ki, bu iddia ilə Rusiya hərbi bloqerləri çıxış ediblər. 


“Daxil olan məlumata görə, bu gün səhər saat 7-dən etibarən Rusiya Silahlı Qüvvələrində bütün Ukrayna ərazisində hər hansı infrastruktur obyektinə atəş açmaq qadağan edilib”, - bloqer Vladimir Romanov yazıb.


Daha sonra Ukrayna hərbçilərinə də analoji əmr verildiyi barədə xəbər yayılıb. 


“Nikolayevski Vanyok” kanalı isə tərəflər arasında enerji sistemlərinə zərbələrin dayandırılması ilə bağlı yekun qərarın hələ də olmadığını bildirib. Buna görə də o, ukraynalıları sayıq olmağa çağırıb: “Onlar atəşi dayandırmayacaqlar və hətta indi onlar üçün hər hansı qadağa olsa belə, bu, müvəqqəti olacaq”, - o qeyd edib.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə