Ankara, 11 fevral, ARHD.AZ


Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir


Türkiyə iqtisadiyyatı regiondakı müharibələrə və böhranlara, həmçinin genişmiqyaslı kataklizmlərə baxmayaraq, uğurla inkişaf etməkdə davam edir.

ARHD.AZ  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 11-də Putracaya şəhərində keçirilən Türkiyə-Malayziya biznes forumunda çıxışı zamanı deyib.

Türkiyə liderinin sözlərinə görə, Türkiyə iqtisadiyyatı son 20 ildə orta hesabla hər il 5 faiz artıb, ölkəyə yatırılan investisiyaların həcmi 300 milyard dollara çatıb. “Türkiyənin ixracı 20 dəfədən çox artıb. Ölkəmizin qlobal ixracda payı iki dəfə artıb və bu, son hədd deyil”, - deyə dövlət başçısı əmin edib.

Türkiyə Prezidenti Ankaranın sərmayədarlara maksimum dəstək verməyə yönəlmiş şəffaf və proqnozlaşdırıla bilən iqtisadi siyasətinə diqqət çəkib. “Təsadüfi deyil ki, son onilliklərdə Türkiyədə xarici kapitallı şirkətlərin sayı 6 mindən azı 80 minədək artıb. Hökumətimiz son ilyarım ərzində həyata keçirilən daha bir iqtisadi proqramın bəhrəsini görməyə başlayır”, - deyə Ərdoğan bildirib.

O əmin edib ki, Türkiyə hakimiyyəti ölkəni qlobal güc mərkəzlərindən birinə çevirmək kursunu davam etdirəcək. “Bizim məqsədimiz cari əsri “Türk əsri”nə çevirməkdir”, - deyə siyasətçi vurğulayıb.

Prezident Ərdoğan Malayziyanı Türkiyə üçün Asiya regionunda “əsas tərəfdaş ölkə” adlandırıb.

Baxış sayı: 3 022

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə