ABŞ ordusu Suriyanın şimal‑şərqində həbsdə olan İŞİD üzvlərinin İraqa köçürülməsinə başlayıb.


“ARHD.AZ” “Reuters”ə istinadən xəbər verir ki, ilk mərhələdə 150 məhbusun köçürülməsi həyata keçirilib.


Məlumata görə, ümumilikdə 7 000 nəfərədək məhbusun İraqa daşınması planlaşdırılır.


Bu qərarın Suriya hökumətinin bölgədə nəzarəti təmin etməsi və məhbusların qaçmaq riski səbəbilə qəbul edildiyi bildirilir. Belə ki, bir neçə gün öncə atəşkəs çərçivəsində geri çəkilən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətsiz qoyduğu “Şəddadi” həbsxanasında saxlanılan təxminən 200 nəfər İŞİD üzvü qaçmağa nail olsa da, onların bir çoxu ələ keçirilərək geri qaytarılıb.


Suriya həbsxanalarında ümumilikdə 10 mindən çox İŞİD üzvünün saxlanıldığı bildirilir.

Baxış sayı: 3 171

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə