Dünən İspaniyanın cənubunda iki sürət qatarı relsdən çıxaraq toqquşub.


“ARHD.AZ” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.


Bildirilib ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən qatarla toqquşub.


Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb, onlardan 30 nəfərin vəziyyəti ağırdır.


Qeyd olunub ki, relsdən çıxan birinci qatarda təxminən 300, qarşıdan gələn ikinci qatarda isə təxminən 100 sərnişin olub.


Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.


Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 2 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə