Almaniya Silahlı Qüvvələri Qrenlandiyada həyata keçirdiyi hərbi missiyanın başa çatdığını açıqlayıb.


“ARHD.AZ” xəbər verir ki, Almaniya hərbçiləri Danimarka ordusu ilə birgə keçirilən “Arctic Endurance” adlı hərbi təlim proqramı çərçivəsində Qrenlandiyada olublar.


Onların bölgəyə göndərilməsinin əsas məqsədi Arktika şəraitində hərbi hazırlığın yoxlanılması, çətin iqlim və relyefdə əməliyyat aparmaq bacarığının artırılması, logistika və təchizat imkanlarının sınaqdan keçirilməsi və bölgədəki təhlükəsizlik vəziyyətinin öyrənilməsi olub.


Nümayəndələr bildiriblər ki, planlaşdırılan bütün tapşırıqlar yerinə yetirilib və alman hərbçilər Qrenlandiyanı tərk etməyə başlayıblar. Danimarka tərəfi ilə əməkdaşlıq uğurlu və konstruktiv qiymətləndirilib.


Qeyd edək ki, Qrenlandiya son günlər ABŞ Prezidenti Donald Trampın bölgə ilə bağlı açıqlamalarından sonra beynəlxalq siyasi gündəmin mərkəzinə çevrilib və Arktika regionunda hərbi-siyasi fəallıq artıb.

Baxış sayı: 3 089

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə