İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlar zamanı ölənlərin sayının 3090 nəfərə çatdığını açıqlayıb.


“ARHD.AZ”ın məlumatına görə, bildirilib ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 2055 nəfər yaralanıb, 22 123 nəfər isə saxlanılıb.


İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməsə də, terror təşkilatlarının üzvü olduğu və ya hadisələri təhrik etdiyi iddia edilən 3000 nəfərin saxlanıldığını bildirmişdi.


HRANA bundan əvvəlki hesabatında ölənlərin sayının 2677 nəfər olduğunu açıqlamışdı.


Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklərə etiraz olaraq başlanıb və qısa müddətdə bir çox şəhərə yayılıb.

Baxış sayı: 2 620

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə