ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) İrandakı vəziyyətlə bağlı iclas keçiriləcək.


“ARHD.AZ” “Reuters”ə istinadən xəbər verir ki, TŞ-yə sədrlik edən Somali missiyası məlumatı təsdiqləyib. 


İclasın bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir. 


Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir. İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.

Baxış sayı: 2 943

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə