Suriya Hələb əyalətinin Deyr-Hafer şəhəri yaxınlığındakı şərq hissəsi "qapalı hərbi zona" elan edilib.
ARHD.AZ -ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Suriya ordusunun operativ qərargahından məlumat verilib.
Suriya ordusunun komandanlığı təyin olunmuş zonada yerləşən bütün silahlı birləşmələri Fəratın şərqinə çəkilməyə çağırıb.























