“İran Ukraynadakı müharibə çərçivəsində Rusiyanı təqribən 2,7 milyard dollar dəyərində ballistik və zenit raketlərlə təmin edib”.


ARHD.AZ  xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.


Bildirilib ki, İranın 2021-ci ilin sonundan Rusiyaya etdiyi hərbi yardımın ümumi dəyəri 4 milyard dollardan çox olaraq qiymətləndirilir. 


Mənbələrin sözlərinə görə, Moskva və Tehran arasında əməkdaşlıq hələ Ukraynadakı müharibədən əvvəl başlayıb: “Belə ki, İrandan Rusiyaya raket tədarükü ilə bağlı ilk müqavilələr 2021-ci ilin oktyabrında bağlanıb”.


Qeyd olunub ki, bu rəqəmlər hələ yekun göstərici deyil, çünki İrandan Rusiyaya növbəti silah-sursat partiyasının göndərilməsi gözlənilir. 


Onu da xatırladaq ki, Rusiya və İran 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq barədə müqavilə imzalasalar da, bu sənəddə qarşılıqlı müdafiə üzrə öhdəlik yer almayıb.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə