İranda baş verən etirazlar nəticəsində ölkədə 60 saatdan (2 gün yarım) çoxdur ki, internet işləmir.


ARHD.AZ xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.


Məlumata görə, blokada nəticəsində mobil data, sabit internet xətləri, ev telefonları və bir sıra mobil nömrələrin fəaliyyəti dayandırılıb.


Beynəlxalq internet monitorinq xidməti olan “NetBlocks” platforması da İranda bağlantı səviyyəsinin normal həddin 1%-nə qədər düşdüyünü təsdiqləyib. Bildirilir ki, bu cür genişmiqyaslı qapanma nümayişçilərin koordinasiyasını pozmaq və təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı çəkilən görüntülərin xaricə ötürülməsini əngəlləmək məqsədi daşıyır.


Xatırladaq ki, İranda iqtisadi çətinliklər və rialın ucuzlaşması səbəbindən başlayan etiraz aksiyaları artıq 14-cü gündür ki, müxtəlif şəhərlərdə davam edir.

Baxış sayı: 2 874

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə