Venesuela hökuməti diplomatik münasibətlərin bərpası məqsədilə ABŞ ilə dialoq kanallarının yenidən açıldığını açıqlayıb.


ARHD.AZ xəbər verir ki, Venesuelanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda Bolivar hökumətinin sülh diplomatiyasına sadiqliyi vurğulanıb.


Bildirilib ki, tərəflər arasında əlaqələrin normallaşdırılması üçün qarşılıqlı dialoq prosesinə start verilib.


Bəyanatda ABŞ-nin beynəlxalq hüququ pozan hərbi müdaxilələri nəticəsində çoxsaylı vətənpərvər şəxsin həyatını itirdiyi qeyd olunub və Venesuelanın bu addımlara diplomatik yollarla cavab verəcəyi bildirilib.


Qeyd edilib ki, “Bolivar Sülh Diplomatiyası” suverenliyin qorunması, beynəlxalq hüququn bərpası və sülhün təmin edilməsi üçün yeganə qanuni yoldur.


Eyni zamanda, açıqlamada ABŞ Dövlət Departamentinin diplomatik nümayəndə heyətinin texniki və logistik qiymətləndirmələr aparmaq məqsədilə Venesuelaya səfər etdiyi, Venesuela diplomatik missiyasının isə fəaliyyətini bərpa etmək üçün ABŞ-yə göndəriləcəyi qeyd olunub.


Xatırladaq ki, Karakasın Baruta rayonunda yerləşən ABŞ səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə kəsilməsindən sonra fəaliyyətini dayandırıb. ABŞ tərəfi daha əvvəl səfirliyin yenidən açılması imkanlarını dəyərləndirmək üçün Karakasa nümayəndə heyəti göndərdiyini açıqlamışdı.

Baxış sayı: 2 731

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə