Ukrayna Rusiyanın Lvov vilayətinə “Oreşnik” ballistik raketi ilə zərbə endirməsindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.


ARHD.AZ  “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatında bildirilib.


Onun sözlərinə görə, mülki bölgələrə ballistik raketlərlə zərbə endirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Sibiqa Rusiyanın buna görə məsuliyyətə cəlb edilməli olduğunu söyləyib.


“Rusiya Lvov vilayətinə qarşı “Oreşnik” ballistik raketindən istifadə edib. Biz BMT Təhlükəsizlik Şurasının və Ukrayna-NATO Şurasının iclasını çağırırıq. Bu terror aktı cəzasız qalmamalıdır”, - XİN başçısı əlavə edib.

Baxış sayı: 3 767

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə