ABŞ-da hava limanında 2 təyyarə toqquşub, ölən var

Vaşinqton, 11 fevral, ARHD.AZ

ABŞ-da hava limanında 2 təyyarə toqquşub, ölən var


ABŞ-ın Arizona ştatının Marisopa vilayətində “Bombardier Learjet” təyyarəsi Skottsdeyl hava limanına endikdən sonra enmə zolağından çıxaraq şəxsi ərazidə park edilmiş “Gulfstream 2100” biznes təyyarəsinə çırpılıb.

ARHD.AZ xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə,

hadisə yerli vaxtla günorta saatlarında baş verib. Bir nəfərin sıxılmış təyyarədə köməksiz vəziyyətdə qaldığı deyilir. Yerli yanğınsöndürmə idarəsi, polis və təcili yardım heyəti hadisə yerindədir və xilasetmə işləri aparılır.

FAA hadisənin başvermə səbəblərini araşdıracağını bildirib.

Baxış sayı: 0

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]