"Ankaranın artıq pulunu ödədiyi "F-35" təyyarələrinə dair proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-nin, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir".


ARHD.AZ  "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə müsahibəsində bildirib.


Türkiyə lideri ölkəsinin Rusiyadan hərbi texnika almasına görə "F-35" proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.


Ərdoğan bildirib ki, Türkiyə həm NATO, həm də ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə münasibətlərini yenidən formalaşdırır.


Onun sözlərinə görə, 2025-ci ildə Donald Trampın yenidən vəzifəyə qayıtması ilə Türkiyə-ABŞ münasibətlərinin müsbət bir zəminə keçməsi üçün fürsət yaranıb: "Biz xüsusilə ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükümüzü əhəmiyyətli dərəcədə artırmışıq".


Ərdoğan müsahibəsi zamanı Rusiya-Ukrayna münaqişəsinə də toxunub: "Münaqişə Türkiyə üçün getdikcə daha da çətinləşir. Şərtlər yetişdikdən sonra Türkiyə yenidən İstanbulu Ukrayna ilə Rusiya arasında sülh danışıqları mərkəzinə çevirməyə hazırdır.


Türkiyə olaraq, həm Putinlə, həm də Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda Vaşinqton, Brüssel, NATO və BMT-də konkret təşəbbüslər irəli sürməklə güclü və balanslı diplomatik əlaqələr saxlayan yeganə aktoruq".

Baxış sayı: 2 171

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə