“Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi planı ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dönəmində hazırlanmışdı”.


ARHD.AZ xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton CNN telekanalına verdiyi müsahibədə deyib.


Onun sözlərinə görə, Tramp əvvəlcədən Venesuela neftinə maraq göstərib və Maduronun devrilməsi ideyası onu maraqlandırıb.


Bolton qeyd edib ki, lakin Trampın diqqətini uzun müddət bu məsələdə saxlamaq mümkün olmayıb.


Onun sözlərinə görə, sonradan ABŞ-nin dövlət katibi Marko Rubio görünür ki, Trampı ikinci prezidentlik müddətində tədbir görməyə inandıra bilib.

Baxış sayı: 3 063

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə