Yanvarın 2-də Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə Milli Seysmoloji Xidmət "X" hesabında məlumat verib.


"2 yanvar saat 20:00-a olan məlumata görə, Qerrero ştatının San-Markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib.


Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.


Xatırladaq ki, yanvarın 2-də Meksika sahillərində 6.5 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, onun episentri Akapulko-de-Xuares şəhərindən təxminən 65 kilometr cənub-şərqdə yerləşib. Mexiko şəhərinin meri Klara Bruqada fəlakət nəticəsində 12 nəfərin xəsarət aldığını deyib.

Baxış sayı: 2 721

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə