Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutacaq.


ARHD.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında danışıb.


Onun sözlərinə görə, ABŞ lideri ilə söhbəti yanvarın 5-də baş tutacaq.


Telefon danışığının Türkiyə vaxtı ilə 16:00-da (Bakı vaxtı ilə 15:00) başlayacağı gözlənilir. 


Ərdoğan qeyd edib ki, Trampla Rusiya-Ukrayna müharibəsi, eləcə də Fələstinə dair məsələləri müzakirə edəcək.

Baxış sayı: 2 943

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə