İran Prezidenti Məsud Pezeşkian hazırda ölkədə ağır iqtisadi vəziyyət, qiymətlərin kəskin artması və milli valyutanın dəyərinin enməsi fonunda davam edən etirazlara münasibət bildirib. 


ARHD.AZ  “IFP” portalına istinadən xəbər verir ki, İran lideri problemlərin həllində uğur səviyyəsinin bir çox hallarda düşüncə tərzi və yanaşmadan asılı olduğunu söyləyib. 


“Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı Amerikada və ya başqalarında axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”, - o bildirib.


Onun sözlərinə görə, hökumət ictimai etimadı bərpa etmək üçün səmərəli xidmətlər göstərməli, resursları düzgün idarə etməli, eləcə də iqtisadi və sosial problemlərə praktik həll yolları tapmalıdır. 


Xatırladaq ki, İranda bir neçə gündür hökumətə qarşı etirazlar müxtəlif şəhər və əyalətlərdə davam edir. Aksiyalar zamanı bir neçə etirazçının güllə yarası alaraq öldüyü bildirilir.

Baxış sayı: 3 163

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə