“İrana qarşı təcavüz olarsa, cavab tədbirləri görüləcək”.


ARHD.AZ  xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın son təhdidlərinə cavab olaraq bəyan edib. 


Şamxaninin sözlərinə görə, İran öz raket və müdafiə potensialını kiminsə nəzarəti, icazəsi ilə qurmur. 


“İstənilən təcavüzə dərhal və gözlənilməz dərəcədə sərt cavab veriləcək”, - iranlı siyasətçi bildirib. 


Xameneinin müşaviri həmçinin İranın müdafiə doktrinasına uyğun olaraq, cavab tədbirlərinin təhdidlər reallaşmazdan əvvəl hazırlandığını qeyd edib. 


Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu bildirib.

Baxış sayı: 2 874

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə