Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.
ARHD.AZ xəbər verir ki, bu barədə vəkil Arsen Babayan sosial mediada məlumat yayıb.
"Dostum Xaçik Qalstyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən sonradan həbs olunmaq məqsədilə saxta ittihamlarla saxlanılıb. Siyasi təqiblər davam edir", - deyə o yazıb.
Daha sonra bu partiyanın digər nümayəndəsi Aram Koçaryan Vaqarşapatda saxlanılıb. Bu barədə sosial mediada partiyanın mətbuat katibi Ripsime Arakelyan məlumat verib.
Sözügedən partiya 2020-ci ildə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan tərəfindən təsis edilib. O, 2019-cu ilin sentyabrında həmin vəzifədən uzaqlaşdırılıb və bundan sonra müxalifətə qoşulub.






















