"Rusiya Tayvan boğazında vəziyyətin pisləşəcəyi təqdirdə, dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələlərində Çinə dəstək verməyə hazırdır".


ARHD.AZ  xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.


Onun sözlərinə görə, Rusiya ilə Çin arasında 2001-ci ildə imzalanmış "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" müqaviləyə əsasən, bu kimi hallarda qarşılıqlı dəstək nəzərdə tutulur.


Rusiya Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və onu Çinin ayrılmaz hissəsi kimi tanıyır. Tayvan məsələsi Çinin daxili işidir. Pekinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni əsasları var", - deyə Sergey Lavrov vurğulayıb.

Baxış sayı: 2 883

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə