Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda ABŞ lideri Donald Trampla sülh planı ilə bağlı görüş keçirəcək.


ARHD.AZ  xəbər verir ki, bu barədə V.Zelenski teleqram kanalında yazıb. 


Onun sözlərinə görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona ABŞ tərəfi ilə növbəti təmasları barədə məruzə edib:


“Bir gün belə itirmirik. Ən yüksək səviyyədə - Prezident Trampla yaxın zamanda görüşmək barədə razılığa gəldik. Yeni ilə qədər bir çox məsələlər həll oluna bilər”.


***


ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşün keçirilmə məkanı və tarixi müəyyən olub.


Bu barədə “Axios” portalının müxbiri Barak Ravid adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən “X” sosial şəbəkəsində yazıb. 


Məlumata görə, görüş dekabrın 28-də, Trampın Mar-a-Laqodakı iqamətgahında baş tutacaq.


Xatırladaq ki, 2025-ci il ərzində Tramp və Zelenski Ağ Evdə 2 dəfə görüşüblər. Ağ Evin Oval kabinetində fevralın 28-də baş tutmuş görüş gərgin anlarla yadda qalmışdı. Tərəflər arasında avqustun 18-də keçirilmiş görüşdə isə Avropa liderləri də iştirak etmişdilər.

Baxış sayı: 2 884

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə