Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində Malatyada İŞİD üzvü İbrahim Burtakuçin saxlanılıb.


ARHD.AZ  "TRT Haber"ə istinadən xəbər verir ki, ələ keçirilən şəxs Yeni il şənlikləri zamanı Türkiyədə terror aktları həyata keçirməyi planlaşdırırmış.


Araşdırmalar zamanı məlum olub ki, Burtakuçin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxsaylı İŞİD tərəfdarları ilə sıx əlaqədə olub.


Əməliyyat zamanı şübhəli şəxsin evindən ona məxsus rəqəmsal materiallar və terror təşkilatına məxsus qadağan olunan nəşrlər tapılaraq müsadirə edilib.

Baxış sayı: 3 261

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə