İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 115 şübhəli saxlanılıb.


ARHD.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, onlar İŞİD silahlı terror təşkilatının hücuma hazırlaşan üzvləri olub. Qarşıdan gələn Milad və Yeni il tədbirləri zamanı Türkiyəni hədəf alan, əsasən qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırdığı və terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə zonaları ilə əlaqəsi olduğu düşünülən 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib.


Həm Türkiyədə, həm də beynəlxalq səviyyədə terrorizm ittihamları ilə həbs qərarı verilmiş şübhəlilərdən tapançalar, sursat və çoxsaylı təşkilati sənədlər müsadirə edilib.


Əməliyyatda 115 şübhəli saxlanılsa da, tutulması mümkün olmayan şəxslər haqqında əməliyyatların davam etdiyi bildirilib.

Baxış sayı: 3 160

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə