“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktik mərhələsinin icrasına, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması planlaşdırılır. 


ARHD.AZ  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a həmin ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.


Məlumata görə, hazırda Ermənistan tərəfi amerikalı tərəfdaşları ilə layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması üzrə intensiv danışıqlar aparır.


Ermənistan XİN vurğulayıb ki, bu layihə “Orta Dəhliz”in komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tam uyğun gəlir. 


Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan layihəni həyata keçirmək üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company”nin qeydiyyatdan keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bu şirkət dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, həmçinin fiber-optik kabellər üçün lazım olan infrastrukturu inkişaf etdirmək hüququna malik olacaq. 

Baxış sayı: 2 786

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə