Rusiya Ukrayna və ABŞ tərəfindən hazırlanmış sülh planını qəti razılaşma deyil, sadəcə danışıqların davam etdirilməsi üçün bir başlanğıc nöqtəsi kimi qiymətləndirir.


ARHD.AZ  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.


Mənbənin bildirdiyinə görə, rəsmi Moskva təqdim olunan sənədi Ukrayna tərəfi üçün səciyyəvi hesab etsə də, onu son dərəcə ciddi şəkildə öyrənəcək:


“Lakin Rusiya tərəfi planda onlar üçün prinsipial əhəmiyyət kəsb edən bir çox müddəaların yer almadığını və mühüm sualların cavabsız qaldığını vurğulayır. Xüsusilə Rusiya sənəddə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair zəmanətlərin olmamasından və Ukraynanın Avropa İttifaqına qoşulacağı təqdirdə neytral statusunun necə qorunacağının qeyri-müəyyənliyindən narazıdır.


Bundan əlavə, Moskva Ukrayna ordusunun şəxsi heyətinin sayına və sərəncamında olan silah növlərinə məhdudiyyətlərin qoyulmasında israr edir ki, bu bəndlər planda öz əksini tapmayıb. Rusiya tərəfini həmçinin Ukraynada rus dilinin statusu ilə bağlı aydın öhdəliklərin olmaması, tətbiq edilən sanksiyaların ləğvi mexanizmi və Avropada dondurulmuş aktivlərin qaytarılması məsələlərindəki qeyri-müəyyənlik qane etmir”, – deyə açıqlamada qeyd olunub.

Baxış sayı: 2 763

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə