Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb

İstanbul, 10 fevral, Günel Karatepe, ARHD.AZ

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb


Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin inzibati binası Böyük Britaniyanın “BUILD” jurnalının “Davamlı tikinti mükafatları” çərçivəsində “Ən yaxşı davamlılıq layihəsi” mükafatına layiq görülüb.

ARHD.AZ xəbər verir ki, jurnalda departamentin binasının görüntüləri paylaşılaraq, qurumun ekoloji həssaslıq, davamlı şəhərsalma və sıfır tullantı baxışına güclü bağlılığı vurğulanıb.

Bununla bağlı açıqlama verən departamentin rəhbəri Fahrettin Altun rəhbərlik etdiyi idarənin ətraf mühitə həssaslığı artırmaq, təbiəti qoruma fikrini saxlamaq və gələcək nəsillərə daha yaşanılan bir dünya buraxmaq məqsədilə fəaliyyətini qətiyyətlə davam etdirdiyini vurğulayıb.

“Bu çərçivədə binamızın “BUILD” jurnalı tərəfindən belə bir mükafata layiq görülməsi bizim üçün böyük şərəf və qürur mənbəyidir. Bu mükafat sıfır tullantı, ətraf mühitin və təbiətin qorunması baxışımızın beynəlxalq səviyyədə də təqdir edildiyini göstərir. Xanım Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsi başda olmaqla, ekoloji davamlılıq sahəsindəki işlərimizi və bəşəriyyət qarşısında məsuliyyətimizi yerinə yetirməyə davam edəcəyik”, - deyə Altun bildirib.

İdarədə iş yerləri ilə yanaşı, işçilərin rahatlığını təmin etmək üçün uşaq bağçası, idman və istirahət sahələrinin də planlaşdırıldığını vurğulayan F.Altun ötən il Türkiyə Cümhuriyyətinin 100 illik kommunikasiya tarixini, media və kommunikasiya vasitələrinin inkişaf mərhələlərini nümayiş etdirən Kommunikasiya Muzeyinin açıldığını xatırladıb.

Qeyd edək ki, “BUILD” jurnalı innovativ şəhərsalma və yaşıl texnologiyalar sahəsində apardığı təhlil və araşdırmalar ilə geniş beynəlxalq oxucu kütləsinə malikdir.

Baxış sayı: 2 112

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]