Bu gün səhər saatlarında Moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb.


ARHD.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb.


Onun sözlərinə görə, Yasenevaya küçəsində qeydə alınan hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub. 


Faktla bağlı araşdırma başladılıb. 


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 56 yaşlı Fanil Sarvarov 2016-cı ildə həmin vəzifəyə təyin edilib. O, 1992-2003-cü illərdə Çeçenistanda hərbi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə isə Suriyada xidmət aparıb.

 

Baxış sayı: 3 043

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə