ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocaya döyüş əməliyyatlarını dayandırmadıqları təqdirdə, hər iki ölkəyə qarşı yeni rüsumlar tətbiq etməklə hədələyib.


ARHD.AZ  bildirir ki, Ağ Evin rəhbəri bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.


"Onlarla danışdım, dedim ki, əgər siz müharibə aparsanız, mən nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə qarşı rüsumlar tətbiq edəcəyəm", - deyə o, iki ölkənin rəhbərləri ilə telefon danışığından bəhs edərkən bildirib.


Tramp qeyd edib ki, tariflər onun xarici siyasətinin effektiv vasitəsidir.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə