“Vaşinqtonun müharibəyə son qoymaq planını bəyənməyən yeganə şəxs Volodimir Zelenskidir”.


ARHD.AZ  UNİAN-a istinadən xəbər verir ki, bu iddianı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.


O, Vaşinqtonun həm Moskva, həm də Kiyevlə razılaşmalara yaxın olduğunu deyib: “Düşünürdüm ki, Rusiya, Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, prezident Zelenski istisna olmaqla, onun komandası bu razılaşmanın konsepsiyasından çox məmnun idi”.


Dövlət başçısı təklif etdikləri planın ərazilərin bölünməsini nəzərdə tutduğunu və bunun danışıqları çətinləşdirdiyini qeyd edib. 


Tramp diplomatik səyləri öz biznes təcrübəsi ilə müqayisə edərək vurğulayıb ki, Ukraynada müharibəyə son qoymaq daşınmaz əmlak üzrə sövdələşmə əldə etməkdən “min dəfə daha çətindir”.

Baxış sayı: 2 769

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə