ABŞ Prezidenti Donald Tramp dekabrın 3-də Oval kabinetdə jurnalistlər qarşısında çıxış edəcək. ABŞ liderinin çıxışı yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə saat 23:30 - red.) planlaşdırılıb.
ARHD.az -ın xəbərinə görə, bu, Ağ Evin dərc etdiyi cədvəldə əks olunub.
Qeyd edilir ki, Tramp bəyanatla çıxışı edəcək, lakin bunun hansı mövzu üzrə olacağı açıqlanmır.
Tramp həmçinin saat 10:00-da (Bakı vaxtı ilə saat 19:00 - red.) Ağ Evin təcrübəçiləri ilə şəkil çəkdirmə mərasimində iştirak edəcək.






















