Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
ARHD.AZ xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
01:12
Honkonqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 83 nəfərə çatıb.
ARHD.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Bildirilir ki, xilasetmə əməliyyatı zamanı yanğınsöndürənlər sağ qalan daha bir nəfəri xilas ediblər.
27 noyabr, 17:18
Honkonqda yaşayış kompleksində baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 65-ə çatıb. Yanğının söndürülməsi işləri hələ də davam edir.
ARHD.AZ xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, daha 280 nəfər hələ də itkin sayılır, 70-dən çox sakin xəstəxanadadır.
Bundan əlavə, ən azı 60 nəfər yaşayış kompleksində qapalı vəziyyətdə qalıb. Nəşrin məlumatına görə, yanğınsöndürənlər binada olan 62 nəfərdən kömək çağırışı alıblar, lakin hazırda onlara çata bilmirlər.
Yanğınsöndürənlər yeddi binadan üçündə yanğınla mübarizə aparırlar, dörd binada isə yanğın tamamilə söndürülüb.





















