![Şalva Papuaşvili: Hər bir radikal QHT-nin arxasında radikal donor dayanır](https://azertag.az/files/2025/1/1200x630/17391073225534162069_1200x630.jpg)
Tbilisi, 9 fevral, ARHD.AZ
Şalva Papuaşvili: Hər bir radikal QHT-nin arxasında radikal donor dayanır
“Hər bir radikal qeyri-hökumət təşkilatının (QHT) arxasında radikal donor dayanır. Bunu ABŞ-ın yeni administrasiyası da təsdiqləyib”.
ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Transparency International”ın Gürcüstan ilə bağlı dərc etdiyi məlumatları şərh edərkən deyib.
“Hər radikal QHT-nin arxasında bir radikal donor dayanır. ABŞ-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb. “Transparency İnternational” da USAID və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”, – deyə Papuaşvili sosial şəbəkə hesabında yazıb.