Zelenski: Ukrayna silahlı qüvvələri Donetsk vilayətində əks-hücumlarını davam etdirir

Kiyev, 19 sentyabr, ARHD.AZ




Zelenski: Ukrayna silahlı qüvvələri Donetsk vilayətində əks-hücumlarını davam etdirir


Ukrayna silahlı qüvvələri Donetsk vilayətində əks-hücumlarını davam etdirir.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

Zelenski qeyd edib ki, Ukrayna qoşunları Rusiya hücumunun ən mühüm oxlarından olan Pokrovsk və Dobropol bölgələrində əks-hücum əməliyyatlarını davam etdirir. Rusiya tammiqyaslı hücuma keçə bilməyib.

"Qoşunlarımız Rusiya qüvvələrini darmadağın edir. Ruslar xeyli itki verib. Ölkəmizin mübadilə fondu da xeyli artırılıb. Hər gün daha çox rusiyalı əsir götürülür", - deyə Prezident əlavə edib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna qoşunları Xarkov vilayətinin Kupyansk şəhəri və ətraf rayonlarda öz mövqelərini müdafiə edir. “Rusiyanın etdiklərinə cavab olaraq yeni dərin zərbələr də olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Baxış sayı: 7 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə