İsrail fevralın 8-də 183 fələstinli məhbusu azad edəcək


Bakı, 7 fevral,  ARHD.AZ


Fevralın 8-də Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılması müqabilində İsrail 183 fələstinli məhbusu azad edəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə İnformasiya İdarəsi məlumat yayıb.

“Şənbə günü İsrail ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbsə məhkum edilmiş 18, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 fələstinli azad ediləcək”, - məlumatda deyilir.

Fələstinin HƏMAS hərəkatı fevralın 8-də Qəzza zolağında saxlanılan biri Almaniya vətəndaşı olan üç israilli girovu azad edəcəyini də açıqlamışdı.

Baxış sayı: 3 129

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə