Təl-Əviv: İran atəşkəs rejimini pozarsa, cavabını alacaq

Bakı, 24 iyun, ARHD.AZ




Təl-Əviv: İran atəşkəs rejimini pozarsa, cavabını alacaq


İsrail İran tərəfindən atəşkəs rejiminin pozulmasına qətiyyətlə cavab verəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin bəyanatında deyilir.

“Təl-Əviv atəşkəsin pozulmasına qətiyyətlə cavab verəcək. İsrail vətəndaşları atəşkəs rejiminə tam əməl olunana qədər Arxa Cəbhə Komandanlığının təlimatlarına əməl etməlidir”, - deyə rəsmi bəyanatda bildirilir.

Xatırladaq ki, iyunun 24-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İranın 12 günlük müharibənin rəsmi sonuna çevrilməli olan atəşkəs rejimi barədə razılığa gəldiklərini bəyan edib.

İranın xarici işlər naziri Abbas Ərağçinin sözlərinə görə, İsrail yerli vaxtla səhər saat 04:00-dan gec olmayaraq “təcavüzü” dayandırarsa, Tehran yəhudi dövlətinə zərbə endirməyəcək. O vaxtdan bəri hər iki tərəfdən yeni hücumlar barədə məlumat verilmir

Hücumlar barədə məlumat verilmir.

Baxış sayı: 5 349

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə