Kiyev, 26 yanvar, ARHD.AZ
Belarusda prezident seçkilərində seçici fəallığı 85,70 faiz olub.
ARHD.AZ BELTA agentliyinə istinadla xəbər verir ki, bu barədə MSK-nın sədri İqor Karpenko İnformasiya Mərkəzində keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Brest vilayətində seçicilərin 90,56 faizi, Vitebskdə 86,39 faizi, Qomeldə 91,54 faizi, Qrodnıda 89,28 faizi, Minskdə 86,71 faizi, Moqilyovda 92,64 faizi seçkilərdə iştirak edib.
Birinci informasiya kanalının efirində Belarusda prezident seçkilərində seçicilər arasında keçirilən exit-poll sorğusunun nəticələrinə yekun vurulub və elan edilib.
ARHD.AZ BELTA-ya istinadla xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 1,8 faizi Belarus Respublikasının prezidentliyinə namizəd Oleq Qaydukeviçə səs verib; Anna Kanopatskaya - 1,6 faiz, Aleksandr Lukaşenko - 87,6 faiz, Sergey Sırankov 2,7 faiz, Aleksandr Xijnyak 1,2 faiz səs toplayıb. Seçicilərin 5,1 faizi isə namizədlərin heç birinə səs verməyib.
Sorğu sosioloji seçimə əsasən 320 seçki məntəqəsində keçirilib. Seçicilərlə 1000 müsahibə aparıb. Bütün gün ərzində - seçki məntəqələri açılan andan (səhər saat 08:00-dan) bağlanana qədər müsahibəçilər seçiciləri sorğu-sual edirdilər. Sorğu anonim olub. Respondentlərdən hansı namizədə səs verdikləri soruşulub.