Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər

Moskva, 19 mart, ARHD.AZ


Martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

ARHD.AZ xəbər verir ki, söhbət əsnasında liderlər ikitərəfli münasibətlərin normallaşdırılması, o cümlədən bəzi sanksiyaların mümkün ləğvi, diplomatik nümayəndəliklərin fəaliyyəti və viza prosedurlarının bərpası məsələlərini müzakirə ediblər. Ukraynadakı vəziyyətə xüsusi diqqət yetirilib: enerji infrastrukturuna hücumların müvəqqəti dayandırılması, Qara dənizdə atəşkəsin mümkünlüyü və ümumi barışıq şərtləri ətrafında fikir mübadiləsi aparılıb. Avropanın geosiyasi vəziyyətdəki roluna da toxunulub. Müzakirələrdən sonra rusiyalı ekspertlər prezidentlər arasında telefon danışığını münaqişə üzrə gərginliyinin azaldılması və Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addım kimi qiymətləndiriblər.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edir ki, Putin və Tramp qarşılıqlı anlaşma əldə ediblər və idi onlar eyni dalğa uzunluğunda təmas qururlar. O hesab edir ki, səfirliklərin fəaliyyətinin normallaşması, xüsusən də bank sektoru ilə bağlı bəzi sanksiyaların mümkün ləğvi gözlənilir. Bütövlükdə, politoloq danışıqları qismən atəşkəsə doğru atılan addım kimi qiymətləndirsə də, onun davamlılığı ilə bağlı şübhələrini ifadə edir.

Politoloq Konstantin Kalaçev danışıqların nəticələrinin “optimistlərin gözləntilərindən aşağı səviyyədə olduğunu, lakin pessimistlərin proqnozlarını üstələdiyini” qeyd edərək, sülhə doğru hərəkətin başladığını vurğulayıb.

MDBMİ-nin Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi Elitaların Tədqiqi Mərkəzinin direktoru Yevgeni Minçenko diqqəti Rusiyanın “xoşməramlı jestlər”inə, o cümlədən Ukraynanın enerji infrastrukturuna zərbələrin 30 günlük dayandırılmasına və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair danışıqlara hazır olduğuna çəkib.

Regional Siyasətin İnkişafı Mərkəzinin prezidenti İlya Qraşçenkov əmin olduğunu bildirib ki, “nəhayət, Kreml və Ağ ev ortaq dil tapacaq, atəşkəs barədə razılığa gələcək”. O, həmçinin sülhə doğru hərəkətin artıq başladığını vurğulayıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev müzakirələri “ideal telefon danışığı” kimi qiymətləndirərək bildirib ki, indi dünya “daha çox təhlükəsizdir”.

Baxış sayı: 2 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə