İran XİN: Tehran Trampdan nüvə proqramına dair təklif almayıb

Bakı, 10 mart, ARHD.AZ



İran XİN: Tehran Trampdan nüvə proqramına dair təklif almayıb


Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nüvə proqramı ilə bağlı danışıqlara dair təklif almayıb.

ARHD.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bu barədə jurnalistin müvafiq sualını cavablandıran zaman deyib.

Xatırladaq ki, martın 7-də Donald Tramp özünün sosial media hesabında İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini yazıb. Birləşmiş Ştatların dövlət başçısının bəyanatını şərh edən Əli Xamenei bildirib ki, Vaşinqton yalnız öz maraqlarını düşünür, buna görə də İran ABŞ-la danışıqlara getməyəcək.

Baxış sayı: 4 645

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə