İran hökuməti Şərqi Azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır

Qahirə, 6 mart, ARHD.AZ



İran hökuməti Şərqi Azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır


İran hökuməti Şərqi Azərbaycan vilayətində bulud səpilməsi layihəsinə başlayır.

ARHD.AZ İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi Təbrizdə mətbuata açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son illər ölkədə yağıntı miqdarı azalıb, su qıtlığı var.

“Su israfının qarşısını almaq nazirliyin prioritet istiqamətlərindəndir. Bulud səpilməsi texnologiyası bir sıra dövlətlərdə, o cümlədən İranda artıq tətbiq olunur. Bu üsul yaranmış su qıtlığı problemini tamamilə həll etməsə də, su ehtiyatlarının idarəsi üsullarından biri kimi təsirli ola bilər. Qərbi Azərbaycan vilayətində də bu layihə həyata keçiriləcək”, - deyə Abbas Əliabadi əlavə edib.

Nazirin sözlərinə görə, bu üsul Urmiya gölünün yenidən bərpasına da töhfə verə bilər.

Baxış sayı: 4 236

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə