Paris Kiyevə kəşfiyyat məlumatları ötürməyə davam edəcək

Bakı, 6 mart, ARHD.AZ



Paris Kiyevə kəşfiyyat məlumatları ötürməyə davam edəcək


Fransanın kəşfiyyat xidmətləri Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam edir.

ARHD.AZ xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu bu barədə “France Inter” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-dan asılı olan Böyük Britaniyadan fərqli olaraq, Fransa kəşfiyyatı müstəqildir. “Bizim Ukraynaya ötürdüyümüz kəşfiyyat məlumatlarını əldə etmək üçün yollarımız var”, - deyə Sebastyan Lekornyu bildirib.

Nazir, həmçinin Vaşinqtonun Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməyi dayandırdığını da təsdiqləyib. O, eyni zamanda, ABŞ-ın Ukraynaya dəstəyinin Donald Tramp tərəfindən kəsilməsini kompensasiya etmək üçün Fransa Prezidenti Emmanuel Makrondan yardım paketlərinin hazırlanması prosesini sürətləndirməyi xahiş etdiyini vurğulayıb.

Baxış sayı: 5 212

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə