Fələstin məsələsi ilə bağlı fövqəladə ərəb sammitində Qahirə Bəyannaməsi qəbul edilib

Qahirə, 5 mart, ARHD.AZ



Fələstin məsələsi ilə bağlı fövqəladə ərəb sammitində Qahirə Bəyannaməsi qəbul edilib


Martın 4-də Qahirədə Ərəb Dövlətləri Liqasının Fələstin məsələsinə həsr olunmuş fövqəladə sammiti keçirilib.

ARHD.AZ “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, sammitdə 22 ərəb dövlətinin dövlət başçıları, yüksəksəviyyəli nümayəndələri, XİN başçıları, eləcə də BMT-nin və İƏT-in Baş katibləri, Avropa Şurasının və Afrika İttifaqının prezidentləri iştirak ediblər.

Tədbirdə Qəzzanın bərpası ilə bağlı Misirin təklif etdiyi plan müzakirə olunub. Sammit Qahirə Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. Bəyannamədə regionda atəşkəsin əldə olunmasında, sülhün və sabitliyin bərpa edilməsində ABŞ-ın və qonşu dövlətlərin səyləri təqdir olunub, Fələstin hakimiyyətinin Qəzzanın idarəsi ilə bağlı təklifi qəbul edilib. Eləcə də bəyannamədə Fələstin və İsrail xalqlarının təhlükəsizliyini təmin edəcək beynəlxalq sülhməramlı qüvvələrin Qəzzaya və Qərb Sahilinə yerləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, BMT ilə əməkdaşlıq şəraitində Qəzza ilə bağlı beynəlxalq fondun yaradılması təklifi təqdir edilib.

Baxış sayı: 6 564

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə