Media: Vaşinqton Londona kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib

Bakı, 5 mart, ARHD.AZ



Media: Vaşinqton Londona kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib


Birləşmiş Ştatlar Böyük Britaniyaya ABŞ-ın kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib.

ARHD.AZ xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, Böyük Britaniyanın bütün kəşfiyyat agentlikləri və hərbi idarələri bu barədə müvafiq əmr alıblar. Lakin nə Vaşinqtonda, nə də Londonda bu məlumat rəsmən təsdiqlənməyib.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Böyük Britaniya, eləcə də onun tərəfdaşları, o cümlədən Avstraliya və Yeni Zelandiya Kiyevə analoji məlumatlar ötürüb.

Polşanın PAP agentliyi isə Pentaqondakı mənbəyinə istinadla yazıb ki, Vaşinqtonun Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərarı yalnız hərbi texnikanın tədarükünə aiddir. Birləşmiş Ştatlar kəşfiyyat məlumatları, peyk görüntüləri və ya “Starlink” rabitə sistemi ilə Kiyevə dəstəyini dayandırmayıb.

Qeyd edək ki, bir müddət öncə, Bloomberg agentliyi ABŞ Prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verdiyini bildirib. Ağ ev isə hələlik bu məlumatı da rəsmən təsdiqləməyib.

Buna baxmayaraq, Kiyev ABŞ-ın özəl şirkətləri ilə bağladığı müqavilələr sayəsində azı bir neçə ay Birləşmiş Ştatlardan silah almağa davam edəcək.

Baxış sayı: 4 100

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə