“Dostluq” boru kəməri ilə neftin nəqli yenidən dayandırılıb

Praqa, 4 mart, ARHD.AZ



“Dostluq” boru kəməri ilə neftin nəqli yenidən dayandırılıb


“Dostluq” boru kəməri ilə Mərkəzi Avropa ölkələrinə neftin nəqli yenidən dayandırılıb.

ARHD.AZ xəbər verir ki, məlumatı Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek təsdiqləyib. Nazir bildirib ki, ölkədə neft qıtlığı yoxdur. Lakin “Dostluq” boru kəməri ilə neftin nəqlinin bərpası uzun vaxt apararsa, Çexiya texniki cəhətdən istismara hazır olan “TAL+” neft kəmərindən istifadə etməyə başlaya bilər.

Media “Orlen Unipetrol” neft emalı şirkətinin tezliklə reaksiya verəcəyini gözləyir.

“Vəziyyətdən xəbərdarıq və məsələnin həlli üzərində işləyirik. Çexiyada neft zavodları mövcud vəziyyətə hazırdır. Bundan başqa dövlət maddi ehtiyatlarının effektiv sistemi də mövcuddur. Bu səbəbdən hamıya bir daha əminliklə bildirmək istəyirəm ki, ev təsərrüfatları və şirkətlərin ehtiyacı üçün kifayət qədər neft var. “Dostluq” kəməri ilə neft nəqli bərpa olunmasa, biz texniki cəhətdən hazır olan “TAL+” üzrə neftin tədarükünə başlayacağıq”, - deyə Vlçek söyləyib.

Oxşar vəziyyət Slovakiyada və şərqi Macarıstanın bir sıra neft emalı zavodlarında da müşahidə olunur.

Baxış sayı: 6 304

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə