Qahirədə Fələstin məsələsinə həsr olunmuş fövqəladə ərəb sammiti keçirilir

Qahirə, 4 mart, ARHD.AZ



Qahirədə Fələstin məsələsinə həsr olunmuş fövqəladə ərəb sammiti keçirilir


Martın 4-də Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının Fələstin məsələsinə həsr olunmuş fövqəladə sammiti başlayıb.

ARHD.AZ xəbər verir ki, sammitdə 22 ərəb dövlətinin rəhbərləri, yüksəksəviyyəli nümayəndələri, XİN başçıları, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir.

Tədbirdə Qəzzanın bərpası ilə bağlı Misirin təklif etdiyi plan müzakirə olunur. Həmçinin Fələstin polisinin Qəzzada təhlükəsizliyi və asayişi qorumasına dəstək, sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanları və digər məsələlər müzakirə olunacaq mövzular arasında yer alır.

Baxış sayı: 6 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə