Xəzər səthindəki buz suitiləri quruya çıxmağa məcbur edir - ekoloqlar həyəcan təbili çalır

Astana, 4 mart, ARHD.AZ


Xəzər səthindəki buz suitiləri quruya çıxmağa məcbur edir - ekoloqlar həyəcan təbili çalır


Son günlər kəskin soyuq hava ilə əlaqədar Xəzər dənizində buz əmələ gəlib və onun üzərində hərəkət edən bəzi suitilər Qazaxıstanın Tupkaraqan rayonundakı Karajanbas yatağına çatıb.

ARHD.AZ “Kazinform”a istinadla xəbər verir ki, ekoloqlar suitilərin dənizə qaytarılması üzərində işləyirlər.

“Eko-Lider” könüllülər klubunun rəhbəri Baxıtgül Jaksılıkovanın sözlərinə görə, Xəzər suitisi “Qırmızı kitab”a düşüb və belə hallarda səlahiyyətli orqanlar dəniz heyvanını dərhal təbii yaşadığı mühitə çatdırmalıdırlar.

“Bunun üçün təcili olaraq komissiya tərəfindən sahilə baxış keçirilməli, aşkar edilmiş hər bir suiti üzrə akt tərtib edilməli, foto və videoçəkilişlər aparılmalı, həmçinin xilasetmə işləri aparılmalıdır”, - deyə o bildirib.

Qeyd edilir ki, Bozaşı yatağının ərazisində də suitilərə rast gəlinib.

Baxış sayı: 3 024

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə