Baş Qərargah: Ukrayna Rusiyanın neft infrastrukturlarına hava zərbələri endirib

Kiyev, 4 mart, ARHD.AZ



Baş Qərargah: Ukrayna Rusiyanın neft infrastrukturlarına hava zərbələri endirib


Ukrayna Silahlı Qüvvələri Rusiyanın mühüm infrastruktur obyektlərinə, xüsusilə Rostov və Samara vilayətlərindəki neft infrastrukturuna zərbələr endirib. Güclü partlayışlar və yanğınlar qeydə alınıb.

Bu barədə ARHD.AZ Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.

Məlumata görə, martın 4-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin zərbə dronları Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Rusiyanın mühüm obyektlərinə bir sıra zərbələr edib.

Əsas hədəflərdən biri də Rostov vilayətində Rusiyanın hərbi ehtiyaclarını ödəmək üçün istifadə edilən neft nasos qurğusu olub. Zərbə nəticəsində obyektin ərazisində güclü partlayışlar və yanğın qeydə alınıb.

Bundan əlavə, Samara vilayətindəki Sızran Neft Emalı Zavodunun istehsalat sahələrinə də ziyan dəyib. Rusiya elektron müharibə və hava hücumundan müdafiə sistemlərindən fəal şəkildə istifadə edib, lakin buna baxmayaraq, müəssisədə yanğın müşahidə edilib.

Rostov vilayətindəki Magistral qaz kəmərlərinin Soxranovski xətti istehsalat idarəsi ərazisində də güclü partlayışlar barədə məlumatlar var. Həmin obyektlərə dəymiş ziyanın dəqiq nəticələri hələ də aydınlaşdırılır.

Baxış sayı: 5 469

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə